Millimizin hücumçusu klubu ilə müqaviləni pozdu

14 May 2018 11:00 Voleybol 1 032
Millimizin hücumçusu klubu ilə müqaviləni pozdu

Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova Kazan “Dinamo”su ilə vidalaşıb.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı hücumçu yeni mövsümdə Tatarıstan təmsilçisinin heyətində olmayacaq.

Bu səbəbdən onun bir müddət öncə bağladığı müqavilə qarşılıqlı razılıq əsasında qüvvədən düşüb. Məmmədovanın Rusiyada digər klubla danışıq apardığı bildirilir.

Onunla yanaşı, bolqarıstanlı Elitsa Vasileva da “Dinamo”dan ayrılıb. Natalya 2017/2018 mövsümündə Kazan təmsilçisi ilə Rusiya kubokunu və Super Liqanın gümüş medalını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!