Azərbaycan millisi yoxlama oyununda Avstriyanı məğlub etdi

10 May 2018 10:36 Voleybol 740
Azərbaycan millisi yoxlama oyununda Avstriyanı məğlub etdi

Sloveniyada Qızıl Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv Avstriya yığmasını sınağa çəkib.

Görüş Azərbaycan yığmasının asan qələbəsi ilə yekunlaşıb. İlk seti 10 top öndə bitirən qalib komanda növbəti setdə də qələbə qazanıb.

Ardınca hesabı 3:0-a çatdıran milli qarşılıqlı razılığa əsasən, daha 2 hissə oynayıb. Dördüncü set də Qarayevin komandasının aktivinə yazılıb. Rəqib yalnız 15-dən oynanılan hissədə üstün olub.

Beləliklə, yığma ilk sınaq görüşünü 4:1 (25:15, 25:22, 25:20, 25:17, 10:15) hesablı qələbə ilə bitirib. Mayın 16-dək Mariborda təlim-məşq toplanışında olacaq Azərbaycan millisinin Sloveniya, Slovakiya və Xorvatiya ilə yoxlama oyunları da nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti