"Bunun formamı itirməyimə səbəb olduğunu düşünmürəm"

8 May 2018 11:48 Voleybol 865
"Bunun formamı itirməyimə səbəb olduğunu düşünmürəm"

Qadınlardan ibarət voleybol yığmamızın Sloveniyanın Maribor şəhərində təlim-məşq toplanışı keçdiyini bilirsiz.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Faiq Qarayev bir neçə təcrübəli voleybolçuya – Valeriya Məmmədova, Yana Kulan, Natalya Məmmədova və Polina Rəhimovaya istirahət verib.

Çox güman, onlar Qızıl Avropa Liqasında çıxış etməyəcək. Belədə hücumda əsas yük Odina Bayramovayla Yelizaveta Səmədovanın üzərinə düşəcək. Hərçənd geridə qalan mövsümdə “Skandiççi”nin heyətində cəmi 1 oyuna çıxan Səmədovanın milliyə nə dərəcədə fayda verəcəyini söyləmək çətindi.

Yelizaveta oyun praktikasından əziyyət çəkir. Ancaq Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verən hücumçu narahatlıq üçün əsas görmür:

“Bakıdakı təlim-məşq toplanışı uzun çəkdi. Baş məşqçi bəzi oyunçulara mövsümdən sonra istirahət vermişdi, bəziləri isə ümumiyyətlə, Bakıya gəlməmişdi.

Artıq Sloveniyaya yollanmışıq. Hazırlığın əsas mərhələsi də burda başlayır. İtaliyada, A seriyasında həqiqətən də meydanda az vaxt keçirdim. Amma bunun oyun formamı itirməyimə səbəb olduğunu düşünmürəm.

Onsuz da millinin toplanışında intensiv məşqlər keçiriləcək. Hər oyunçu, o cümlədən mən hazırlıq prosesində nəyin üzərində xüsusi çalışmalı olduğumuzu bilirik. Qızıl Avropa Liqasında hədəflərimiz yüksəkdi. Yalnız çempionluq uğrunda mübarizə aparacağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti