Bu gün Çempionlar Liqasının “Dördlər finalı” start götürür

5 May 2018 10:24 Voleybol 598
Bu gün Çempionlar Liqasının “Dördlər finalı” start götürür

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə qadınlar arasında voleybol üzrə Çempionlar Liqası yarışlarının “Dördlər finalı”na start veriləcək.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, paytaxtın “Polivalenta” idman sarayında təşkil olunacaq yarışın təqviminə əsasən, Bakı vaxtı ilə saat 17:00-da meydana ilk yarımfinal cütlüyü çıxacaq.

Sportinfo.az xəbər verir ki, İstanbulun “Vakıfbank” komandası İtaliyanın “Konelyano” kollektivini sınağa çəkəcək.

Günün digər yarımfinal qarşılaşması isə meydan sahibləri “Alba Blaj” və İstanbulun digər təmsilçisi “Qalatasaray” kollektivləri arasında keçiriləcək.

Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Hər iki yarımfinal cütlüyünün qalibi “Dördlər finalı”nın sabah təşkil olunacaq final oyununa vəsiqə qazanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti