Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası üçün aprelin 15-dən başladığı hazırlığı Sloveniyada davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, komanda üzvləri təlim-məşq toplanışı keçəcəkləri Maribor şəhərinə bu axşam yollanacaqlar.
Faiq Qarayevin baş məşqçi olduğu kollektiv xaricdə mayın 16-dək toplanışda olacaq. Voleybolçular hazırlığın gedişində bir neçə yoxlama matçı da keçirməyi planlaşdırır. Bu rəqiblər sırasında Slovakiya, Sloveniya, Avstriya və Xorvatiya da var. Təlim-məşq toplanışına 14 voleybolçu yollanacaq:
Toppaylayıcılar: Şəfaqət Alışanova, Yana Əzimova;
Blokçular: Aynur İmanova, Ayşən Abduləzimova, Kseniya Pavlenko, Olena Həsənova;
Hücumçular: Odina Bayramova, Yelizaveta Səmədova, Katerina Jidkova, Anastasiya Bessonova, Marqarita Əzizova; Liberolar: Ceyran İmanova, Bəyaz Əliyeva, Yuliya Kərimova.

