Azərbaycan millisinin üzvü Polina Rəhimova "Qalatasaray"a transfer oluna bilər.
Sportinfo.az xəbər verir ki, "Fənərbağça" müqaviləsi başa çatan 28 yaşlı hücumçu ilə yeni anlaşma imzalamayacaq.
Amma Polina böyük ehtimalla Türkiyə Super Liqasında qalacaq. Onu "Qalatasaray" heyətinə qatmaq istəyir.
Rəhimova indiyədək Azərbaycanda "Nəqliyyatçı", "Azərreyl", "Azəryol", Cənubi Koreyada "Hunday", Yaponiyada "TAB Queenseis" və Türkiyədə "Fənərbağça"nın formasını geyinib.

