Millimizin üzvü Fransanın ən yaxşıları arasında

21 Aprel 2018 20:48 Voleybol 981
Millimizin üzvü Fransanın ən yaxşıları arasında

Qadın voleybolçular arasında keçirilən Fransa çempionatının 2017-18 mövsümünün simvolik komandası açıqlanıb.

Sportinfo.az xəbər verir ki, rəmzi komandaya azərbaycanlı voleybolçu da düşüb.

Belə ki, “Le Kan” klubunun şərəfini qoruyan Azərbaycan yığmasının üzvü Olena Həsənova mövsümün əsas blokçusu seçilib.

Bu mövsüm klubunun əsas “silahı” sayılan Həsənovanın atletik olması, hücumda və blokda təsirli çıxış etməsi xüsusi vurğulanıb. “Le Kan” Fransa çempionatında mübarizəni 1/4 finalda dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!