Qadınlar arasında Azərbaycan Super Liqasının qalibi müəyyənləşdi

3 Aprel 2018 09:00 Voleybol 595
Qadınlar arasında Azərbaycan Super Liqasının qalibi müəyyənləşdi

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, “Azərreyl” komandası mövsümün başa çatmasına 3 tur qalmış çempionluğu rəsmiləşdirib.

Famil Ağayevin rəhbərlik etdiyi kollektiv buna IX turda ən yaxın izləyicisi “Abşeron”u 3:1 hesabı ilə üstələməklə nail olub.

Bu, “Azərreyl”in ikinci ölkə çempionluğudu. Bu qələbədən sonra xalını 27-yə çatdıran paytaxt təmsilçisi 16 xala malik rəqibi üçün əlçatmaza çevrilib. “Abşeron” - “Azərreyl” - 1:3 (19:25, 25:21, 26:28, 18:25)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti