Millimizin hücumçusunun əziyyəti İtaliyada boşa getdi

26 Mart 2018 15:00 Voleybol 713
Millimizin hücumçusunun əziyyəti İtaliyada boşa getdi

Qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, "Dinamo” İtaliyada şok məğlubiyyətlə üzləşib. Kazanlılar “Konelyano”ya müqavimət göstərə bilməyib – 0:3 (19:25, 18:25, 17:25).

Natalya Məmmədova 14 xalla qonaqların ən məhsuldar voleybolçusu olub. Tərəflər arasında cavab görüşü aprelin 4-də Tatarıstanın paytaxtında keçiriləcək.

Yeri gəlmişkən, Rusiya çempionatında 5-8-ci yerlər uğrunda mübarizə start götürüb. Burda 4 komanda dairəvi sistem üzrə yarışır və yekunda toplanan xallara əsasən yerlər müəyyənləşir. “Leninqradka” ilk qarşılaşmada “Proton”a uduzub – 0:3 (23:25, 21:25, 22:25).

İlk iki setdə oynayan Kseniya Poznyak cəmi 1 xal qazanıb. Sankt-Peterburq təmsilçisi ikinci görüşdə “Saxalin”ə qalib gəlib – 3:0 (27:25, 25:23, 28:26). Yığmamızın üzvü 8 xalla qələbədə pay sahibi olub.

Türkiyədə də müvafiq mübarizəyə start verilib. Ancaq burda reqlament bir qədər fərqlidi. Belə ki, 1/4 finalda uduzanlar mübarizəni yenə pley-off mərhələsi sistemi üzrə davam etdirir. Uduzanlar 7-ci, qaliblər 5-ci yer uğrunda savaşacaq.

“Beşiktaş” İstanbulda “Halkbank” üzərində əzmkar qələbəyə sevinib – 3:2 (23:25, 24:26, 25:17, 25:23, 17:15). Marqarita Əzizova yalnız 2-ci və 5-ci setlərdə meydana çıxıb və 3 hücum şansını boşa verib. Tərəflər arasında cavab görüşü martın 28-də Ankarada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti