Vitse-prezidentin görüşündə: “Məni əsas komanda düşündürür"

17 Mart 2018 10:12 Voleybol 727
Vitse-prezidentin görüşündə: “Məni əsas komanda düşündürür"

Voleybol Federasiyası (AVF) bu idman növü ilə məşğul olan yeniyetmə qızların valideynləri ilə görüş keçirib.

Sportinfo.az xəbər verir ki, Dərnəgül Voleybol Mərkəzinin idman zalında baş tutan görüşdə 200-ə yaxın valideyn iştirak edib.

Görüşə AVF-nin 1-ci vitse-prezidenti Faiq Qarayev, vitse-prezident Vəsilə Abulova və federasiyanın başqa nümayəndələri qatılıb. Qarayev valideynlərə AVF-nin gənc oyunçularla bağlı planlarından danışıb.

O qeyd edib ki, klubların çoxluğu bizim üçün yaxşı haldı: “Amma bizi, məni əsas komanda düşündürür. Hər valideynin böyük şansları var ki, övladı millinin tərkibinə düşsün. Bu üzdən hər oyunçu var gücü ilə çalışmalıdı. Artıq belə görüşlərimiz tez-tez olacaq”.

Daha sonra ötən ilin sentyabrında Sankt-Peterburqda MDB məktəbliləri arasında keçirilən festivalda 1-ci yerin tutan şagirdlərimizə mükafatlar təqdim olunub.

Ardınca valideynlər, uşaqlar və AVF nümayəndələri söhbətlərini çay süfrəsi ərafında davam etdiriblər. AVF rəhbərliyinin növbəti görüşü yeniyetmə oğlanların valideynləri ilə olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti