Səmədova millimizi tərk edən həmyerlisinin müdafiəsinə qalxdı

4 Mart 2018 13:57 Voleybol 906
Səmədova millimizi tərk edən həmyerlisinin müdafiəsinə qalxdı

Oleq Stepkonun Rusiya vətəndaşlığına keçməsi böyük əks-səda doğurdu.

Əslində ölkəmizdə indi bunu hay-küylə qarşılayanlar fil qulağında yatanlardı.

Çünki idman gimnastı az qala bir ilə yaxındı Azərbaycanı tərk edib. Şəxsi məşqçisi Pavel Netreba yığmadan qovulduqdan sonra ukraynalı idmançı burdan getmək qərarına gəldi. Hələ o zaman bu işdə bədii gimnastika yığmamızın baş məşqçisi Mariana Vasilyevanın rolunun olduğunu qeyd etmişdik.

Stepkonun Rusiya millisinə keçəcəyi ilə bağlı xəbəri ötən sayımızda qeyd etmişdik. Məsələyə yenidən qayıtmağımız səbəbsiz deyil.

Torpaqları Rusiya ordusu tərəfindən işğal olunan Ukrayna ictimaiyyəti Oleqin bu addımını satqınlıq, vətənə xəyanət kimi dəyərləndirir. Ancaq gimnastı müdafiə edənlər də var.

Məsələn, Stepkonun həmyerlisi, yeniyetmə yaşlarından “milliləşdirilən” voleybolçu Yelizaveta Səmədova Oleqin addımını anlayışla qarşılayır.

Sportinfo.az xəbər verir ki, İtaliya A seriyasında çıxış edən “Skandiççi”nin formasını geyən hücumçu məsələylə bağlı “feysbuk” səhifəsində bunları yazıb: “Bəs Ukrayna idman və idmançı üçün nə edir? Heç nə.

Siz Ukraynaya getməyə və indiki hakimiyyətin rəhbərliyi altında orda yaşamağa cəhd edin. Hər şeyi Rusiyanın üstünə yıxmaq asandı.

Rusiya bombalayır, Rusiya işğal edir və s. Mən də Ukraynanı sevirəm. Ancaq bizim insanlar bu ölkəni nə günə qoyub...”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti