Benites: "Bilirdik ki, Bakı klubu bu oyuna yaxşı hazırlaşıb"

3 Fevral 2018 09:48 Voleybol 674
Benites: "Bilirdik ki, Bakı klubu bu oyuna yaxşı hazırlaşıb"

Kişi voleybolçuların Çağırış kubokunun 1/8 finalında “Lokomotiv” Yunanıstanın “Olimpiakos” klubunu qəbul edib.

Sportinfo.az xəbər verir ki, səfərdə 0:3 hesabı ilə uduzan Azərbaycan çempionu, evdə də eyni hesabla yenilib.

Rəqib baş məşqçi Fernando Munyos Benites bunu deyib: “Evimizdə olduğu kimi, səfərdə də yaxşı oynadıq.

Bilirdik ki, “Lokomotiv” bu oyuna yaxşı hazırlaşıb. Ancaq ilk iki setdə taktiki və texniki cəhətdən çox yaxşı çıxış edib, növbəti mərhələyə yüksəldik.

Növbəti hədəfimiz yarımfinala çıxmaqdı. Fikrimcə, turnirin favoritləri “Bunqe” (İtaliya), “Qazprom-Yuqra” (Rusiya) və “Maliye Piyanqo”du (Türkiyə)”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti