İsmayılova Avropadan təyinat aldı - Supervayzer oldu

12 İyun 03:50 Voleybol 297
İsmayılova Avropadan təyinat aldı - Supervayzer oldu

Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.

Sportinfo.az AVF-yə istinadən xəbər verir ki, N.İsmayılova qadın voleybolçular arasında Avropa Liqasının oyunlarına supervayzer təyin olunub.

AVF rəsmisi iyunun 12-dən 14-nə qədər Yunanıstanın Saloniki şəhərində, 19-21 iyunda isə Estoniyanın paytaxtı Tallində keçiriləcək qarşılaşmalarda supervayzer kimi fəaliyyət göstərəcək.

Yunanıstanda baş tutacaq oyunlarda Portuqaliya, Kosovo və ev sahibi Yunanıstan milli komandaları mübarizə aparacaqlar.

Estoniyada təşkil olunacaq qarşılaşmalarda isə Latviya, Yunanıstan və ev sahibi Estoniya milli komandaları iştirak edəcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!