Millimizin hücumçusu İtaliya klubuna qarşı oyunda 33 xal yığdı

14 Yanvar 2018 00:50 Voleybol 790
Millimizin hücumçusu İtaliya klubuna qarşı oyunda 33 xal yığdı

Qadın voleybolçulardan ibarət millimizin hücumçusu Polina Rəhimova “Fənərbağça”ın heyətində çempionlar liqasında İtaliyanın “Novara” klubuna qarşı matçda iştirak edib.

Sportinfo.az xəbər verir ki, bu görüşdə həmyerlimiz 33 xal yığaraq görüşün ən məhsuldar oyunçusu olsa da, komandası 2:3 hesabı ilə uduzub.

2 turdan sonra İstanbul təmsilçisi 4 xalla qrupda 2-ci yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!