Cavid Qurbanov Faiq Qarayevi sıxışdırır: "Altı aydı maaş verilmir" - ŞİKAYƏT!

27 Dekabr 2017 15:00 Voleybol 998
Cavid Qurbanov Faiq Qarayevi sıxışdırır: "Altı aydı maaş verilmir" - ŞİKAYƏT!

Azərbaycan Voleybol Federasiyasında 6 aydır əməkhaqları verilmir. Daha doğrusu, federasiya işçilərinin yarısının əməkhaqqı ödənmir.

Sportinfo.az xəbər verir ki, bunu AFN-ə adıçəkilən qurumda çalışan işçilər deyiblər.

Onların sözlərindən belə məlum olur ki, federasiya çalışanları arasında ciddi ayrı-seçkilik yaradılıb:

“Federasiyanın prezidenti bildiyiniz kimi, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanovdu.

Onun da vitse-prezident, voleybol yığmamızın baş məşqçisi Faiq Qarayevdən xoşu gəlmir. Bu iki şəxsin arasındakı münaqişə səbəbindən federasiyada işləyənlərin yarısı aylardır əməkhaqqı almır.

3 gün əvvəl dedilər, əməkhaqları ödənib, sevinə-sevinə getdik ki, əməkhaqlarımızın verildiyi kartın sahibi “Dəmirbank” bağlanıb deyə kartlarımız bloklanıb. Hələ bilmirik bankın bağlandığını bildikləri üçün bizi başdanmı edirdilər, yoxa gerçəkdən ödəniş edilibmi”.

İşçilərin sözlərinə görə, C.Qurbanov F.Qarayevi sevmir və onun bezib getməsini istəyir, ona görə də onun adamlarının əməkhaqları verilmir:

“Voleybol üzrə ölkə çempionatı başlamalıdı, amma başlamır. Çünki oyunçuların geyimlərinin alınması hələ təmin edilməyib. Legionerlərin bir çoxuna pul ödənmir, federasiyada prezidentlə-vitse-prezidentin davası işçiləri, idmançıları əzir.

Altı ay əməkhaqqı verilməməsi nə deməkdi, təsəvvür edin. Yaxşı mütəxəssislərin bir çoxu getməyə hazırlaşır artıq federasiyadan”.

Məsələ ilə bağlı Voleybol Federasiyasının mövqeyini aldıq. Maraqlıdr ki, qurumun mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova federasiyada belə bir problemin olmadığını dedi

. Bildirdi ki, əməkhaqları vaxtında ödənir: "Bank bağlanıbsa, o bizim günahımız deyil". Ş.Kərimova həmçinin bildirdi ki, voleybol üzrə ölkə çempionatına bu gün start verilib. Mövzunu diqqətdə saxlayacağıq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti