Azərbaycan çempionu Portuqaliya klubunu məğlub yola saldı

8 Dekabr 2017 00:50 Voleybol 717
Azərbaycan çempionu Portuqaliya klubunu məğlub yola saldı

Kişi voleybolçular arasında Çağırış kuboku turnirində 1/16 final mərhələsinin ilk matçları keçirilib.

Sportinfo.az xəbər verir ki, mərhələnin son oyun günündə Azərbaycan çempionu “Lokomotiv” də meydana çıxıb.

Təmsilçimiz doğma meydanda Portuqaliyanın “Fonte Bastrado” klubu ilə üz-üzə gəlib. İlk mərhələdə Kipr “Apoel”ini mübarizədən kənarlaşdıran “dəmiryolçular” bu dəfə də ilk oyunda qələbə qazanıblar.

Rəqibə sadəcə, bir setdə sevinmək imkanı verən “Lokomotiv” 3:1 hesabıyla üstün olub.

Lokomotiv (Azərbaycan) - Fonte Bastrado (Portuqaliya) 3:1 (25:23, 21:25, 28:26, 25:20)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti