ABŞ və Rusiya - Millimizin dünya çempionatındakı rəqibləri

7 Dekabr 2017 12:12 Voleybol 695
ABŞ və Rusiya - Millimizin dünya çempionatındakı rəqibləri

2018-ci ildə Yaponiyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, mundialda mübarizə aparacaq Azərbaycan millisi ABŞ, Rusiya, Cənibi Koreya, Tailand və Trinidad və Tobaqo kollektivləri ilə birgə C qrupunda yer alıb.

Püşkün nəticəsi belə olub:

A qrupu: Yaponiya, Hollandiya, Argentina, Almaniya, Kamerun, Meksika

B qrupu: Çin, İtaliya, Türkiyə, Bolqarıstan, Kanada, Kuba

C qrupu: Azərbaycan, ABŞ, Rusiya, Cənibi Koreya, Tailand, Trinidad və Tobaqo

D qrupu: Serbiya, Braziliya, Dominikan Respublikası, Puerto-Riko, Qazaxıstan, Keniya

2018-ci il dünya çempionatı Yaponiyanın 6 şəhərində - Yokohama, Hamamatsu, Kobe, Naqoya, Osaka və Sapporoda keçiriləcək. Yarış 29 sentyabr – 20 oktyabr baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!