Azərbaycan Bolqarıstan, Ukrayna və Portuqaliya ilə bir qrupda

5 Dekabr 2017 14:12 Voleybol 654
Azərbaycan Bolqarıstan, Ukrayna və Portuqaliya ilə bir qrupda

Qadın voleybolçular arasında Avropa Liqasının püşkatması olub.

Sportinfo.az xəbər verir ki, püşkün nəticəsinə görə Azərbaycan yığması Ukrayna, Bolqarıstan və Portuqaliya ilə eyni qrupda mübarizə aparacaq.

12 ölkənin təmsilçisinin iştirak etdiyi yarışda komandalar 3 qrupda qüvvəsini sınayacaq və oyunlar mayın 20-dən iyunun 6-dək keçiriləcək.

Qrup qalibi olanlar və ən yaxşı ikinci yerin sahibi iyunun 15-16-da “dördlər finalı”nda mübarizəni davam etdirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti