Tovuzda daha bir "Turan" yaradıldı - Baş məşqçi postuna onu təyin etdilər

5 Sentyabr 2025 09:00 Voleybol 1 800
Tovuzda daha bir "Turan" yaradıldı - Baş məşqçi postuna onu təyin etdilər

Tovuzun “Turan” klubu voleybolçu qadınlar arasında Azərbaycan çempionatının yeni mövsümündə debüt edəcək.

Sportinfo.az,xəbər verir ki, komandanın “Turan Tovuz” futbol klubu ilə birbaşa əlaqəsi yoxdur.

Komandanın baş məşqçisi vəzifəsinə Ziya Rəcəbov təyin olunub. Rəcəbov 2016-cı ildə “Azəryol”la CEV kubokunun bürünc medalını qazanıb,

2019/20 mövsümündə isə İndoneziyanın "Cakarta" klubunu çempion edib.

Onun son iş yeri ötən mövsüm qızıl uğrunda mübarizə aparsa da, turnirdə iştirakını dayandırmaq məcburiyyətində qalan "Xarı Bülbül" olub.

Komanda artıq məşqlərə başlayıb və yaxın vaxtlarda yeni klubun rəsmi təqdimatı baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb