Hansı məşqçilərimiz FİVB “1-ci dərəcəli” sertifikat əldə edəcək?

22 Oktyabr 2017 12:20 Voleybol 690
Hansı məşqçilərimiz FİVB “1-ci dərəcəli” sertifikat əldə edəcək?

21-25 oktyabrda paytaxtımızda voleybol məşqçilərinin seminarı keçiriləcək. Sportinfo.az xəbər verir ki, toplantıda iştirak edəcək şəxslər sonda FİVB “1-ci dərəcəli” məşqçi sertifikat əldə edəcək.

Yığıncaq Milli Olimpiya Komitəsi və Voleybol federasiyasının birgə əməkdaşlığı ilə keçirilir. AVF seminarın keçirilməsi üçün texniki tərəfdən köməklik edir.

Tədbir FİVB tərəfindən göndərilən türkiyəli mütəxəssis Nijat Sancaq tərəfindən keçiriləcək. Seminarda 30-a yaxın çalışdırıcının iştirak edəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!