Millimizin hücumçusu Yelizaveta Səmədova İtaliyanın “Savino Del Bene” klubunun düşərgəsinə qoşulub.
Sportinfo.az xəbər verir ki, o, yeni komandasında cari mövsümə hazırlaşır, özünü yaxşı hiss edir, vacib və iddialı komandaya gəlib, məsuliyyəti anlayır.
Millimizin digər üzvü üzvü Anastasiya Qurbanova isə karyerasını Fransada davam etdirəcək. Yüksək liqa komandası “Venel”lə müqavilə bağlayıb.
Təmsilçimiz Azərbaycanın “Azəryol”, “Azərreyl”, Rusiyanın “Proton” klublarında oynayıb. Yeni komandasında 13 nömrəli köynəyi geyinəcək.

