Azərbaycan milli komandası Avropa çempionatında 4-cü yeri tutdu

2 Oktyabr 2017 00:34 Voleybol 586
Azərbaycan milli komandası Avropa çempionatında 4-cü yeri tutdu

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatında 4-cü yeri tutub. Sportinfo.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv 3-cü yer uğrunda görüşdə Türkiyə yığmasına uduzub.

Bakıdakı Milli Gimnastika Arenasında keçirilən görüşə meydan sahibləri üstün başlasalar da, sonrakı setləri "ay-ulduzlular" öndə tamamlayıblar.

Beləliklə, 3:1 hesabı ilə qalib gələn Türkiyə millisi çempionatın bürünc medallarına sahib olub. Azərbaycan yığması isə 12 ildən sonra qitə çempionatında yenidən 4-cü yerlə kifayətlənib.

Azərbaycan - Türkiyə - 1:3 (25:22, 21:25, 14:25, 8:25)
Hakimlər
: Vladimir Simonoviç (Serbiya), Daniele Rapisarda (İtaliya)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti