Prezident və birinci xanım milli komandanın oyununda - FOTOLAR

30 Sentyabr 2017 10:10 Voleybol 791
Prezident və birinci xanım milli komandanın oyununda - FOTOLAR

Qadın voleybolçular arasında Avropa çempionatının dörddəbir final mərhələsində Almaniya yığması üzərində inamlı qələbə qazanan Azərbaycan milli komandası yarımfinala yüksəlib.

Sportinfo.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada qadın voleybolçularımız 3:0 hesabı ilə qələbə qazanıblar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan və Almaniya voleybolçularının oyununa baxıblar.

Milli komandamız birinci setin əvvəlində hesabda geri olmasına baxmayaraq, yüksək əzmkarlıq nümayiş etdirərək qalib gəlib - 25:20. Görüşün ikinci setində Azərbaycan yığması əldə etdiyi üstünlüyü sona qədər qoruyub saxlayaraq, böyük fərqlə qələbə qazanıb - 25:18. Qarşılaşmanın üçüncü seti də inamlı oyun nümayiş etdirən voleybolçularımızın qələbəsi ilə başa çatıb – 25:21.

Beləliklə, dörddəbir finalda Almaniya millisini 3:0 hesabı ilə məğlubiyyətə uğradan Azərbaycan komandası Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva milli komandamızın qələbəsini alqışlayıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti