Almaniyanı əzdik - FOTOLAR

30 Sentyabr 2017 08:39 Voleybol 695
Almaniyanı əzdik - FOTOLAR

Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatı davam edir. Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi 1/4 final oyununa çıxıb.

Faiq Qarayevin komandası qrup mərhələsində 3:1 hesabı ilə məğlub etdiyi Almaniya ilə üz-üzə gəlib. Qarşılaşma bu dəfə də millimizin qələbəsi ilə yekunlaşıb.

Komandamız bu dəfə set vermədən qalib gəlib - 3:0. Yarımfinaldakı rəqib isə Hollandiyaya millisi olacaq.

Azərbaycan - Almaniya 3:0 (25:20; 25:18, 25:21)
Hakimlər:
Vladimir Simonoviç (Serbiya), Yuray Mokri (Slovakiya)

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova
Baş məşqçi: Faiq Qarayev

Almaniya: 1. Lenka Dürr, 2. İrina Kemmisi, 3. Deniz Hanke, 4. Maren Fromm, 5. Yana-Fransiska Poll, 6. Cennifer Qirties, 7. Cennifer Pettke, 10. Lena Stiqrot, 11. Luiza Lippmann, 14. Mari Şoeltsel, 17. Anna Poqani, 19. Tanya Qrosser, 20. Leoni Şvertmann, 22. Liza Qründinq,
Baş məşqçi: Feliks Kozlovski

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti