COP29

Klub sahibinin Azərbaycandan çıxışına QADAĞA QOYULDU!

9 Mart 12:40 Voleybol 645
Klub sahibinin Azərbaycandan çıxışına QADAĞA QOYULDU!

Azərbaycanda klub sahibi xüsusi icraat qaydasında məhkəməyə verilib.

Sportinfo.az xəbər verir ki, “Xarı-Bülbül”ün yaradıcısı İlqar İmamquliyevin dövlətə vergi borcları yaranıb.

Belə ki, idmançı özünə məxsus olan “İlazero” MMC və “Xarı-Bülbül” Voleybol Klubu MMC-nin vergilərini dövlət büdcəsinə, DSMF və digər fondlara ödəməyib. Nəticədə təxmini 5000 manat civarında borc yaranıb.

Onu məhkəməyə verən tərəf Dövlət Vergi Xidmətinin Bakı şəhəri kiçik Sahibkarlıqla İş Üzrə Baş İdarəsidir. Dövlət qurumu məhkəməyə müraciətində İ. İmamquliyevin ölkədən çıxışına qadağa qoyulmasını xahiş edir.

İşə Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"