Azərbaycan və Almaniya milliləri yendən üz-üzə gələcək!

28 Sentyabr 2017 01:00 Voleybol 709
Azərbaycan və Almaniya milliləri yendən üz-üzə gələcək!

Azərbaycan və Gürcüstanın birgə təşkilatçılığı ilə keçirilən qadın voleybolçular arasında Avropa çempionatının pley-off mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Bakıdakı Milli Gimnastika Arenasında baş tutan son 2 qarşılaşmadan sonra 1/4 final cütlərinin hamısı bəlli olub. Öncə Polşa Türkiyə ilə qarşılaşıb.

Qonşu ölkə təmsilçisi bu oyunda asan qələbəyə sevinib. Digər pley-off matçında isə Bolqarıstan Almaniya ilə üz-üzə gəlib. Gərgin keçən oyunda almanlar qalib gəliblər.

Polşa – Türkiyə - 1:3 (22:25, 25:27, 25:18, 23:25)

Bolqarıstan - Almaniya - 2:3 (25:14, 20:25, 25:16, 19:25, 11:15)

Son pley-off oyunlarında Azərbaycan yığmasının da 1/4 finaldakı rəqibini müəyyənləşdirib. Qrup mərhələsində yığmamızla birgə mübarizə aparmış Almaniya 1/4 finalda yenidən millimizin rəqibi olub.

Türkiyə Rusiya ilə oynayacaq. 1/4 finalın digər oyunlarında da İtaliya Hollandiyaya, Serbiya Belarusa qarşı mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti