Almaniyanın baş məşqçisi: "Azərbaycan yığmasının oyunçuları bizdən çox təcrübəlidi"

27 Sentyabr 2017 19:48 Voleybol 871
Almaniyanın baş məşqçisi: "Azərbaycan yığmasının oyunçuları bizdən çox təcrübəlidi"

Sportinfo.az xəbər verir ki, Almaniyanın qadın voleybolu üzrə millisinin baş məşqçisi Feliks Koslovski Avropa çempionatında Azərbaycan milli komandasına uduzduqları matçdan danışıb.

Azərbaycana 1:3 uduzmaqla qrup 1-cisi olmaq şansını əldən verdiniz. Oyunla bağlı düşüncələrinizi öyrənmək maraqlı olardı...

- İlk setdə heyrətamiz oyun göstərdik. Ola bilsin ki, səviyyəmizdən qat-qat yüksək çıxış etdik. Bu çıxış məni çox razı saldı. Sadəcə olaraq, problem ondadır ki, Azərbaycan millisinin oyunçuları bizdən çox təcrübəlidir. Təsəvvür edin ki, Nataliya və Valeriya Məmmədovalar 2007-ci il Avropa çempionatından bəri yığmada çıxış edirlər. Ümumiyyətlə, sizin 4-5 oyunçunuzun belə bir turnirdə çıxış etmək təcrübəsi var. Bu isə komandaların oyunçuları arasında səviyyə fərqini ortaya qoyur. Bizdə daha çox 90-cı illərdən olan gənc oyunçulardır. Cəmi 2 təcrübəli voleybolçumuz var ki, onlarla da bundan artığını etmək mümkün deyildi.

Təcrübəli oyunçularınızdan biri olan Lenka Dür uduzmaqda əsas səbəb kimi Azərbaycan millisinin oyunçularının hündür boya malik olmasını göstərdi. Siz isə daha çox təcrübəsizliyi önə çəkdiniz...

- Təbii ki, Azərbaycan millisinin ucaboy olması da böyük rol oynadı. Bizim gənclərin boyu elə də yüksək deyil. Siz hər 2 komandanın oyunçularına baxın. Sanki Azərbaycan millisi yeniyetmə voleybolçulara qarşı oynayırdı. 20 santimetr rəqibindən uca olmaq voleybolda çox böyük üstünlük deməkdir. Belə olanda rəqibə qarşı oynamaq olduqca çətindir.

Ancaq Polşa voleybolçuları da sizdən həm təcrübə baxımından, həm də boy baxımından üstün idi. Bununla belə, oyunu tay-brekə aparmaqla onlara qalib gəlməyə yaxın idiniz...

- Çünki həmin oyun ilk matçımız olduğundan, həmin görüşə yaxşı hazırlaşmışdıq. Həm servislərimiz uğurlu alınırdı, həm də taktiki cəhətdən yaxşı çıxış etmişdik. Rəqib hücumlarının qarşısını yaxşı dəf edə bilirdik. Topla sürətlə hərəkət edirdik. Bu matçda isə topla rəftarımız sürətli deyildi. Bizim düşündüklərimizi Azərbaycan millisinin oyunçuları dərhal anlayırdılar. Bununla belə, indiki durumumuza görə 75-80 faiz yaxşı çıxış etdik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti