Azərbaycan və Gürcüstanın birgə təşkilatçılığı ilə keçirilən voleybolçu qadınlar arasında Avropa çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, Belarus və Hollandiya yığmaları da növbəti mərhələyə yüksəlib. Sözügedən komandalar Bakıdakı Milli Gimnastika Arenasında keçirilən pley-off oyunlarından qalib ayrılıblar. Belarus Çexiyanı çətinliklə yenib. Hollandiya isə Xorvatiya üzərində asan qələbəyə sevinib.
Belarus – Çexiya - 3:2 (18:25, 23:25, 27:25, 25:22, 17:15)
Hollandiya – Xorvatiya - 3:0 (25:18, 25:8, 25:21).
Pley-off mərhələsinin digər oyunları sabah keçiriləcək:
Polşa - Türkiyə
Bolqarıstan - Almaniya
Artıq sentyabrın 28-də keçiriləcək ilk iki 1/4 final görüşünün iştirakçıları da bəllidi. Həmin gün yarımfinala vəsiqə uğrunda İtaliya Hollandiyanı, Serbiya isə Belarusu sınağa çəkəcək.
Polşa - Türkiyə və Bolqarıstan - Almaniya oyunlarının qalibləri isə 1/4 finalda müvafiq olaraq Rusiya və Azərbaycana rəqib olacaqlar. Həmin görüşlər sentyabrın 29-da baş tutacaq.

