Qadın voleybolçular arasında Avropa çempionatında qrup mərhələsinə yekun vurulub. Sportinfo.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan yığması III turda Almaniyanı sınağa çəkib.
İlk 2 görüşdə set vermədən qalib gələn Faiq Qarayevin yetirmələrinin bu dəfə də qalib gəlsə də, eyni uğuru təkrarlaya bilməyib. Komandamız Almaniyanı 3:1 hesabı ilə məğlub edərək məğlub olmadan 1/4 finala adlayıb.

