“Bir neçə oyunçumuz formada olmasa da, bilirdik ki, bizə qələbə lazımdı"

26 Sentyabr 2017 09:12 Voleybol 618
“Bir neçə oyunçumuz formada olmasa da, bilirdik ki, bizə qələbə lazımdı"

“Çox çətin oyun idi. İlk setdə öz ritmimizi tapa bilmidrik. Ancaq sonradan öz bildiyimiz kimi oynamağa başladıq” - Sportinfo.az xəbər verir ki, bu sözləri voleybol üzrə qadınlardan ibarət millimizin üzvü Kseniya Poznyak deyib.


Azərbaycan və Gürcüstanın birlikdə təşkil etdikləri qadınlar arasında Avropa çempionatının A qrupunda Almaniya ilə qarşılaşan və 3:1 hesablı qələbə qazanan komandamızın hücumçusu matç haqqında fikirlərini bölüşüb:

“Bir neçə oyunçumuz bu gün formada olmasa da, bilirdik ki, bizə qələbə lazımdı. İndi isə qrupdakı çətin oyunlardan sonra bir qədər dincəlməli və 1/4 finala fokuslanmalıyıq. Bir neçə gündən sonra həmişəkindən daha güclü olaraq geri qayıdacağıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti