Avropa çempionatı: 1/4 finala yüksələn daha bir yığmanın adı

25 Sentyabr 2017 20:48 Voleybol 746
Avropa çempionatı: 1/4 finala yüksələn daha bir yığmanın adı

Voleybolçu qadınlar arasında Avropa çempionatında 1/4 final mərhələsinə yüksələn daha bir komandanın adı müəyyənləşib. Sportinfo.az xəbər verir ki, bu, Rusiya millisidi.

C qrupunda III tur qarşılaşmasında qonşu ölkə təmsilçisi Bolqarıstanı da yenməyi bacarıb. 5 setlik mübarizənin yekununda 3:2 hesablı qələbə qazanan Rusiya yığması 7 xalla C qrupunun qalibi olub.

Bolqarıstan isə 5 xalla 2-ci yeri tutub və mübarizəni "pley-off"da davam etdirəcək. Bu qrupda daha bir vəsiqəyə saat 20:30-da başlanacaq Türkiyə - Ukrayna görüşünün qalibi yiyələnəcək.

Daha əvvəl İtaliya B qrupunun, Serbiya isə D qrupunun qalibi kimi 1/4 finala birbaşa vəsiqəyə sahib çıxıb. A qrupunun qalibi isə Azərbaycan - Almaniya görüşünün yekununda müəyyənləşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti