Türkiyə millisi Bakıda arzuolunmaz situasiya ilə üzləşdi

24 Sentyabr 2017 13:07 Voleybol 948
Türkiyə millisi Bakıda arzuolunmaz situasiya ilə üzləşdi

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib. Sportinfo.az xəbər verir ki, C qrupunda Türkiyə və Rusiya milliləri üz-üzə gəlib.

"Ay-ulduzlular" çempionatdakı ilk oyununda 1:3 hesabı ilə uduzub. Üçüncü set gərginliyi ilə diqqət çəkib. Türkiyə millisinin baş məşqçisi Covanni Qidetti hakimin qərarına sərt etiraz etdiyi üçün qırmızı vərəqə alaraq, seti kənardan izləməli olub.

Bu da komandanın çıxışına təsirsiz ötüşməyib. Rusiya millisi "ay-ulduzlular"ın psixoloji gərginliyindən yararlanmağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!