"Qadınlar arasında voleybol üzrə Avropa çempionatının Azərbaycanın və Gürcüstanın birgə təşkilatçılığı ilə keçirilməsi dostluğumuzun nümunəsidi".
Sportinfo.az xəbər verir ki, bu sözləri Gürcüstan Voleybol Federasiyasının (GVF) prezidenti İrakli Çaçua "AZƏRTAC"a açıqlamasında söyləyib.
GVF-nin rəhbəri qitə birinciliyinin final mərhələsinin B qrupunun oyunlarının Tiflisdə keçirilməsi barədə qərarın qəbulu prosesində Azərbaycanın dəstəyini hiss etdiklərini bildirib:
"Bu, gürcü voleybolunun təbliği baxımından mühüm əhəmiyyət kəsb edirdi. Eyni zamanda, Azərbaycan voleybolunun inkişafının, dost ölkənin yüksək təşkilatçılıq qabiliyyətinin göstəricisidir.
Bilirsiz ki, Gürcüstan yığmasında legioner yoxdur. Azərbaycan bizim beynəlxalq yarışlarda iştirakımıza imkan yaratdı. Buna görə Azərbaycana minnətdarıq".
İrakli Çaçua qeyd edib ki, belə mötəbər yarışların birgə təşkili dostluğumuzun və qardaşlığımızın göstəricisidir.

