Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

23 Sentyabr 2017 00:40 Voleybol 663
Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Bakıda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

Sportinfo.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv Milli Gimnastika Arenasında Macarıstan yığmasını üstələyib – 3:0. Bununla da Azərbaycan millisi hesabına 3 xal yazıb.

Azərbaycan növbəti oyununu sentyabrın 24-də Polşaya qarşı keçirəcək. Milli Gimnastika Arenasında baş tutacaq matç saat 18:00-da start götürəcək.

A qrupu
Macarıstan – Azərbaycan 0:3 (24:25, 14:25, 16:25)

Bakı. Milli Gimnastika Arenası

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!