Qadın voleybolçular arasında Avropa çempionatında daha iki oyun

22 Sentyabr 2017 20:00 Voleybol 647
Qadın voleybolçular arasında Avropa çempionatında daha iki oyun

Qadın voleybolçular arasında Avropa çempionatında daha iki oyun keçirilib. Sportinfo.az xəbər verir ki, I tur çərçivəsində B və D qrupunda qərarlaşan kollektivlər üz-üzə gəliblər.

İtaliya millisi Gürcüstanın paytaxtı Tbilisidə baş tutan görüşdə meydan sahiblərini məyus ediblər – 3:0. Göygöldə isə Serbiya yığması Çexiya komandasını eyni hesabla üstələyib.

B qrupu
İtaliya – Gürcüstan 3:0 (25:14, 25:12, 25:12)
Tbilisi. Yeni İdman Sarayı

D qrupu
Serbiya – Çexiya 3:0 (25:22, 25:16, 25:23)
Göygöl. Olimpiya İdman Kompleksi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti