Rusiyanın qadın voleybolçulardan ibarət yığmasının oyunçusu Natalya Qonçarova Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatı öncəsi düşüncələrini bölüşüb. Sportinfo.az xəbər verir ki, tanınmış oyunçu ərəfəsində özünü həyəcanlı hiss etdiyini bildirib:
"Bu yarışda maraqlı mübarizənin baş tutacağını gözləyirəm. Maksimum nəticəyə imza atmaq və gözəl oyunla azarkeşlərimizi sevindirməyə çalışacağıq. Fiziki və emosional baxımdan bütün gücümü ortaya qoymağa hazıram ki, komandam uğur qazansın.
Əlimdən gəldiyi qədər faydalı olmağa çalışacam. Turnirin startı ərəfəsində proqnoz vermək çətindi. İlk oyunlar rəqiblərimizlə müqayisədə hansı yerdə olacağımızı göstərəcək. Qrup mərhələsi başa çatdıqdan sonra komandaların gücü haqda ehtimallar irəli sürmək olar. Ancaq indi bu haqda danışmaq çətindi”.

