Bu komandamız üçüncü oyunda da məğlub oldu

14 Yanvar 2024 03:50 Voleybol 691
Bu komandamız üçüncü oyunda da məğlub oldu

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma bu gün Latviya ilə üz-üzə gəlib.

Görüş yığmamızın məğlubiyyəti ilə bitib - 0:3 (21:25, 14:25, 12:25)

Komanda daha əvvəl Ukrayna və Estoniyaya eyni hesabla uduzub. U-20 turnirdə Polşa kollektivi ilə də qarşılaşacaq.

Yanvarın 14-də başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Aprel 07:40 Ömrü uzadan 10 qida