"Azərbaycan millisinin 2 güclü hücumçusu var" - Bundestimin kapitanı

22 Sentyabr 2017 13:24 Voleybol 795
"Azərbaycan millisinin 2 güclü hücumçusu var" - Bundestimin kapitanı

Azərbaycan qadın voleybolçulardan ibarət milli komandasının Avropa çempionatının qrup mərhələsində rəqibi olan Almaniyanın kapitanı Maren Fromm şansları dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, Bundestimin oyunçusu qrupdakı əsas rəqiblərinin Polşa olacağını bildirib: "İlk oyunumuzu onlara qarşı keçirəcəyik. Yaxşı başlanğıc uğur üçün girov sayılır.

Daha sonra iki yoxlama oyununda qalib gəldiyimiz Macarıstanla qarşılaşacağıq. Əlbəttə, Bakıdakı görüşlər evdə keçirdiyimiz qarşılaşmalar kimi asan olmayacaq. Biz bunu anlayırıq. Azərbaycan arzuolunmaz rəqibdi.

Onların 2 güclü hücumçusu – Natalya Məmmədova və Polina Rəhimova var. Onlar istənilən matçın taleyini həll edə bilər. Ancaq onlardan birini zərərsizləşdirmək mümkün olsa, Azərbaycanın vəziyyəti ağırlaşacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti