“Azərbaycanda yaxşı günlərim keçib” - Çexiyalı Anita söylədi

22 Sentyabr 2017 11:00 Voleybol 704
“Azərbaycanda yaxşı günlərim keçib” - Çexiyalı Anita söylədi

Qadın voleyboluçulardan ibarət Çexiya millisinin kapitanı Aneta Havliçkova ölkəmizdə keçiriləcək Avropa çempionatı öncəsi açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, Bakı “Lokomotiv”ində oynadığı günləri də xatırlayıb: “Azərbaycanda çox yaxşı günlərim keçib. Yenidən ölkənizdə olduğum üçün şadam. Ancaq bu Gəncəyə ilk səfərimdir. Hər şey yaxşıdır. Buranı o qədər də gəzməyə vaxtımız olmayıb.

Dünya çempionatının seçmə mərhələsində Azərbaycan çox yaxşı oynadı. Həmin səviyyədə çıxış etsə, komandanız yüksək yerlərdən birini tuta bilər. Ümid edirəm ki, mübarizəni Bakıda davam etdirə biləcəyik. Ancaq qrupda qalsaq, komandamla birgə Bakını görmədən vətənimizə qayıtmağa məcburam”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti