"Düşünürəm ki, Avropa çempionu məhz bizim qrupdan çıxacaq"

22 Sentyabr 2017 08:36 Voleybol 719
"Düşünürəm ki, Avropa çempionu məhz bizim qrupdan çıxacaq"

“Bura uzun səfərdən sonra çatdıq. Göygöldə otel və kompleks ürəyimizcədir. Təşkilatçılıq yüksək səviyyədədi" - Sportinfo.az xəbər verir ki, qadın voleybolçulardan ibarət Belçika millisinin kapitanı Şarlott Leys bildirib.

Onun fikrincə, Avropa çempionatının final mərhələsinin təşkil olunduğu Göygöldə mübarizə aparacaqları qrup çox güclüdü:

"Düşünürəm ki, Avropa çempionu məhz bizim qrupdan çıxacaq. Ya Serbiyanın, ya da Hollandiyanın qızıl medal qazanacağını fikirləşirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!