"Bizə elə də problem yaratmır"

22 Sentyabr 2017 08:24 Voleybol 637
"Bizə elə də problem yaratmır"

“Azərbaycan hər zaman təşkilatçılıq bacarığını nümayiş etdirir. Dünən Göygöl Olimpiya İdman Kompleksində ilk məşqimizi də keçdik. Hər şey yüksək səviyyədədi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Serbiyanın qadın voleybolçulardan ibarət milli komandasının baş məşqçisi Milena Raçiş bildirib. O, Avropa çempionatını qəbul edən Azərbaycanın təşkilatçılıq məsələlərinə çox həssas yanaşdığını söyləyib:

"Ümid edirik ki, yarışın sonunadək belə davam edəcək. Burda havaların isti keçməsi bizim üçün elə də problem yaratmır. Serbiya və Azərbaycan iqlimi arasında böyük fərq olduğunu düşünmürəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti