"Onun bura gələndə bizə verdiyi vədləri açıqlasam, ölkədə qalmaqal yaranar"

4 Dekabr 2023 02:20 Voleybol 1 172
"Onun bura gələndə bizə verdiyi vədləri açıqlasam, ölkədə qalmaqal yaranar"

Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” (Şuşa) və “Xarı Bülbül” (Laçın) komandaları dağılmaq astanasındadır.

Klub prezidenti Nuran Hüseynov sponsor tapmaqda çətinlik çəkdiyi üçün kollektivlə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, “football-plus.az” məsələ ilə bağlı Laçın təmsilçisinin baş məşqçisi Cavid Süleymanovla əlaqə saxlayıb:

“İndiyə kimi Nuran Hüseynov kluba cibindən 1 manat pul belə qoymayıb. Hər şeyi komandanın təsisçi-direktoru İlqar İmamquliyev edirdi.

Hacı Nuran bura gələndə bizə verdiyi vədləri açıqlasam, ölkədə qalmaqal yaranar.

Mənim onunla düşmənçiliyim yoxdu. Sadəcə, o, “Xarı Bülbül”ə heç bir maddi yardım etməyib”.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"