İtaliyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası növbəti sonuncu yoxlama matçını keçirib.
Sportinfo.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv İtaliya yığması ilə üçüncü dəfə qarşılaşıb. Milanda baş tutmuş görüş Azərbaycan millisinin 3:2 (22-25, 13-25, 25-21, 25-20, 7-15) hesablı qələbəsi ilə yekunlaşıb.
Bu kollektivlər arasındakı baş tutmuş ilk iki görüşdə italiyalılar qalib gəlib - 3:0 və 3:2. Təlim-məşq toplanışı 22 sentybar – 1 oktyabrda Azərbaycan və Gürcüstanda təşkil olunacaq Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

