Azərbaycan klubu Türkiyə yığmasının sabiq məşqçisini görəvə gətirdi

26 Avqust 2023 13:20 Voleybol 1 264
Azərbaycan klubu Türkiyə yığmasının sabiq məşqçisini görəvə gətirdi

Türkiyə yığmasının sabiq məşqçisi Cengiz Akarçeşmə qadın voleybolçulardan ibarət “Azərreyl” ilə anlaşıb.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Onun qarşısına Azərbaycan çempionatında yüksək yerlər və avrokuboklarda maksimum nəticə göstərmək hədəfi qoyulub. Komanda bu mövsüm “Çağırış Kuboku”nda çıxış edəcək.

27 ildir məşqçiliklə məşğul olan Cengiz Akarçeşmə müxtəlif klublarla yanaşı, Türkiyənin U-17, U-18 və əsas yığmasında da fəaliyyət göstərib.

“Azərreyl” “Çağırış Kuboku”nun 1/32 finalında Ukraynanın “Balta” kollektivi ilə üz-üzə gələcək. Qarşılaşmalar oktyabrda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"