İtaliyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv İtaliya yığması ilə qarşılaşıb. Milanda baş tutan matç meydan sahiblərinin 3:0 (25:18, 25:23, 26:24) hesablı qələbəsi ilə yekunlaşıb.
Təlim-məşq toplanışı 22 sentybar – 1 oktyabrda Azərbaycan və Gürcüstanda təşkil olunacaq Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

