"Neftçi"nin tanıdığımız sima Super Liqa klubunda - FOTO 

5 İyul 2020 09:20 Türkiyə 1 125
"Neftçi"nin tanıdığımız sima Super Liqa klubunda - FOTO 

Türkiyə Super Liqasında çıxış edən "Denizlispor" baş məşqçisi Bülent Uyqunla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, 49 yaşlı mütəxəsislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Denizlispor" 30 turdan sonra 32 xalla 12-ci pillədə qərarlaşıb. Komanda 16-cı sıradakı "Kayserispor"dan 4 xal irəlidədir. Bülent Uyqun bu ilin fevralında baş məşqçi təyin olunub. O. son turda "Qaziantep"ə evdəki məğlubiyyətə görə iş yerini itirib.

Yeni baş məşqçi də artıq bəllidir. Bu, 2008-ci ildə "Neftçi"nin formasını geyinmiş Levent Kartopdur. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

Komandanı Super Liqada saxlamaq – rəbərlik onun qarşısına bu məqsədi qoyub.

Digər Xəbərlər
Xəbər Lenti