Ərəblər Türki9yə klubuna 8 milyon avro təklif etdi

19 Aprel 22:00 Türkiyə 267
Ərəblər Türki9yə klubuna 8 milyon avro təklif etdi

"Trabzonspor" vingeri Entoni Nvakaeme karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, "Əl Hilal" nigeriyalı futbolçu üçün "bordo-mavilər"ə 8 milyon avro ödəməyə hazırdır.

Mövsüm başa çatdıqdan sonra Qara dəniz təmsilçisi ərəblərin təklifini götür-qoy edəcək. Daha öncə "Trabzonspor" Çin klubunun 31 yaşlı futbolçu üçün 6 milyon avroluq təklifini qəbul etməmişdi.

Super Liqa təmsilçisi Nvakaemeni 2018-ci ildə İsrailin "Hapoel Beer-Şeva" klubundan 1,1 milyon avroya transfer edib.

Xəbər Lenti