"Nə çempionatın dayandırılması, nə də pley-off sistemi gündəmimizdədir"

25 Mart 2020 15:32 Türkiyə 589
"Nə çempionatın dayandırılması, nə də pley-off sistemi gündəmimizdədir"

Türkiyə Futbol Federasiyasının prezindeti Nihat Özdemir Super Liqanın taleyi ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, qrum rəhbəri çempionat haqda çıxan pley-off söz-söhbətlərini təkzib edib:

“Liqanın gələcəyi ilə bağlı çıxan iddialar doğru deyil. Nə çempionatın dayandırılması, nə də pley-off sistemi gündəmimizdə var. Super Liqanın gələcəyi ilə bağlı Kulublar Birliyi ilə bərabər qərar verəcəyik. İdman və Gənclər nazirliyinə 7 maddəlik raport təqdim etmişik. Orada müəyyən versiyalar var. Bunu yalnız nazir özü bilir”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!