
“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan “Fənərbaxça”nı çalışdırmayacaq.
Mətbuatda yayılan xəbərlərə baxmayaraq, fransalı mütəxəssis belə bir variantı karyerası üçün nəzərdə tutmur.
Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Zizu”nun əsas məqsədi Fransa millisinə rəhbərlik etməkdir.
Zidan “Real”ın baş məşqçisi kimi böyük uğurlara imza atıb. Onun rəhbərliyi altında Madrid klubu üç mövsüm ardıcıl UEFA Çempionlar Liqasını qazanıb, həmçinin, La Liqanın qalibi olub.
Portuqaliyalı mütəxəssis Joze Mourinyo Çempionlar Liqasının pley-off matçında “Benfika”ya məğlubiyyətdən sonra “Fənərbaxça”nın baş məşqçisi postundan göndərilib.