Hücumçusunu Türkiyə klubuna satmaqdan imtina etdi - "Qarabağ"ın rəqibi

00:10 Türkiyə 90
Hücumçusunu Türkiyə klubuna satmaqdan imtina etdi -

Çempionlar Liqasında "Qarabağ"la üz-üzə gələcək "Ayaks" Miki Qodtsu Türkiyə təmsilçisi "Beşiktaş"a satmaqdan imtina edib.

Sportinfo.az HLN nəşrinə istinadən xəbər verir ki, İstanbul komandası 20 yaşlı hücumçu üçün 10 milyon avrodan çox təklif edib.

Lakin Amsterdam təmsilçisi hazırda oyunçusu ilə yollarını ayırmaq niyyətində deyil. "Beşiktaş" isə təklifi yeniləyə bilər. Türkiyədə transfer dönəmi sentyabrın 12-dək açıqdır.

Miki Qodts 2024/2025 mövsümündə bütün yarışlarda 47 matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun klubla 2029-cu ilin yayınadək müqaviləsi var. "Qarabağ" "Ayaks"la dekabrın 10-da Bakıda üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM